AZ   |   RU
Putindən gözlənilməz qərar - Ukraynadakı əməliyyatları bu generala tapşırdı
'
Ukraynada keçirilən hərbi əməliyyatlar zamanı uğursuzluqla üzləşən prezident Vladimir Putin müharibənin gedişini dəyişmək üçün yeni qərarlar qəbul etmək məcburiyyətində qalıb. 

Missiya.Az
CNN telekanalına istinadən xəbər verir ki, Putin əməliyyatları idarə etmək üçün bütün səlahiyyətləri general Alexandr Dvornikova verib.

Telekanal Putinin yeni qərarı ilə bağlı iddianı ABŞ və Avropa Birliyindəki mənbələrinə istinadə yayıb. 

Qeyd edək ki, Qərb mediası Ukraynanın Donetsk bölgəsində yerləşən Kramatorsk şəhərindəki qatar vağzalına hücum əmrinin general Aleksandr Dvornikov tərəfindən verildiyi ilə bağlı xəbərlər yayır.  

Bəs general Dvornikov kimdir? 

General Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilir.

O, 2015-ci ildə Suriyaya göndərilən ilk yüksək rütbəli Rusiya hərbçisidir. Dvornikovun Rusiyanın Suriyadakı əməliyyatlarında aktiv iştirak etdiyi, xidmətdə fərqləndiyi üçün 2016-cı ildə prezident Vladimir Putin tərəfindən qəhrəmanlıq medalı ilə təltif olunduğu bildirilir. Qeyd olunur ki, general Dvornikov Vladimir Putinin təlimatı ilə ordunu Kiyev və ətrafından geri çəkilir və hərbçilər Donbasa hücum üçün hazırlaşdırılır.

Qarşıdakı günlərdə Donetsk və Luqansk ətrafında başlayacaq aktiv hərbi əməliyyatlara Dvornikovun rəhbərlik edəcəyi ilə bağlı da faktlar əldə olunub.

Elvin Məmmədov
Missiya.Az


  • 10-04-2022, 20:27