AZ   |   RU
Xaçmazda 37 yaşlı kişi ayağından bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Ağakərim Sefulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ budun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


  • 10-04-2022, 20:10