AZ   |   RU
Gənclər və idman naziri Fərid Qayıbov ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının qonağı olub

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı davam edir. Gənclər və idman naziri Fərid Qayıbov yarışın qonağı olub.

Nazir əvvəlcə “#özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik ştanqı qaldırıb.

Missiya.Az xəbər verir ki, bu barədə "AZƏRTAC" məlumat yayıb. 

Çempionatda 73 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən nazir F.Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, ikiillik fasilədən sonra təşkil olunan yarışda yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.

Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib.

Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.

Yarışa bu gün yekun vurulacaq.

  • 10-04-2022, 16:21