AZ   |   RU
MN: Döyüş sursatlarının utilizasiyası Seyfəli poliqonunda həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Missiya.Az
 xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.



  • 10-04-2022, 15:56