Ukraynanın Mariupol şəhərindən rus əsgərlərin törətdiyi vəhşiliklərə aid qandonduran foto yayılıb. Fotoda şəhərin Sadkov rayonu ərazisindəki yeraltı keçid təsvir olunub.
Missiya.Az xəbər verir ki, fotonu UNİAN saytı yayımlayıb.
"Burada işğalçı rus hərbçiləri öldürdükləri Mariupol sakinlərinin cəsədləri üçün toplama məntəqəsi yaradıblar. Xüsusi təmizləmə qrupları hər gün yüzlərlə meyiti şəhərdə yaratdıqları bu cür məntəqələrə aparırlar. Onlardan ən böyüyü Starıy Krım kəndinin çıxışındakı anbarda yerləşir. Bundan əlavə, işğalçılar cəsədləri mobil krematoriyalarda məhv etmək üçün çıxarır və ya kütləvi məzarlıqlarda basdırırlar. Rasistlər Mariupoldakı faciəni gizlətmək üçün hər şey edirlər. Bu cinayətin miqyası Buçadakı soyqırımdan on dəfə böyükdür." - sayt yazır.
Missiya.Az