FOX TV-də jurnalist Fulya Öztürkün təqdimatında yayımlanan “Fulya ile Umudun Olsun” proqramına müraciət edən Umut Çelik bioloji valideynlərinin tapılmasını istəyib.
Missiya.Az xəbər verir ki, Qaziantepdə yaşayan 19 yaşlı Umut Çelik ailəsi tərəfindən övladlığa götürüldüyünü, anası Remziye Çelikin ölümü ilə çətin günlərinin başlandığını deyərək, anasının ölümündən sonra ögey atası Həsənin yenidən evləndiyini və atasının yeni evləndiyi qadının onu istəmədiyini, evdən qovduğunu bildirib.
“Fulya ile Umudun Olsun” proqramında 19 illik həsrət canlı yayımda sona çatıb və Umut Çelik ailəsi ilə görüşüb.
Umut Çelikin doğma anası Türkan Bilənlər, həkimlərin ona övladının doğuşdan sonra öldüyünü deyib.
Daha sonra ortaya çıxan məqamlar hər kəsi şoka salıb. Belə ki, Umut Çelik atası Mehmet və qardaşı Mehmet Can Bilənlər ilə 3 ay eyni mebel sexində işlədiklərini və iş yoldaşı olduqlarını bildirib.
Hüseyin Babayev
Missiya.Az