AZ   |   RU
Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu


Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Bildirilib ki, yerli vaxtla saat 17.02-də baş verən zəlzələ 6,72 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Malatya valisi Aydın Baruş bildirib ki, hazırda heç bir neqativ hal yoxdur.


  • 9-04-2022, 19:04