AZ   |   RU
Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib
Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib.

Missiya.Az
“Report"a istinadən xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska, Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova daxildir.

Aİ həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”a qarşı sanksiyaları genişləndirib. Belə ki, bankların aktivləri dondurulub.

Eyni zamanda “qara siyahı”ya 14 hərbi-sənaye, mühəndislik, gəmiqayırma və nəqliyyat şirkəti də düşüb.

  • 8-04-2022, 23:15