AZ   |   RU
Moldovada Prezident İlham Əliyevin Brüsselə rəsmi səfəri geniş işıqlandırılıb

Moldovanın nüfuzlu və geniş oxucu auditoriyasına malik olan Kütləvi informasiya vasitələrində, o cümlədən Moldovanın TV8 telekanalının xəbər portalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü və onun nəticələrini geniş işıqlandırılıb.

Missiya.Az xəbər verir ki, Moldovanın “Tribuna”, “TV8”, “NOİ.md” xəbər portalları və digər saytlarda yayımlanmış məqalələrdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üçün tapşırığın verilməsinə dair razılığın əldə olunması, iki ölkə arasında Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi, komissiyanın mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi barədə bəhs olunur.

Həmçinin Moldova KİV-də AR XİN-in Mətbuat xidməti idarəsinin Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünə dair məlumati dərc olunub.

Qeyd olan məqalələr ilə aşağıdakı keçid linklərindən tanış olmaq mümkündür:

https://tribuna.md/ru/2022/04/07/bruxelles-azerbaidjan-armenia/
 
https://noi.md/ru/raznoe/azerbajdzhan-i-armeniya-dogovorilisi-o-prorabotke-mirnogo-soglasheniya?prev=1

https://noi.md/ru/raznoe/es-nachat-process-ustojchivogo-soglasheniya-mezhdu-azerbajdzhanom-i-armeniej

https://noi.md/ru/raznoe/sozdan-novyj-format-pryamyh-peregovorov-mezhdu-azerbajdzhanom-i-armeniej

https://tv8.md/ru/2022/07/04/mid-azerbaidzhana-vstrecha-v-bryussele-ocherednoi-vazhnii-shag-dlya-budushchego-mira-i-stabilnosti-v-regione/197404


  • 8-04-2022, 19:25