AZ   |   RU
Hulusi Akarla Şoyqunun telefon danışığı oldu

Türkiyə milli müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı olub.

Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar diplomatik həllə nail olmaq üçün təcili atəşkəsə gedilməsinin vacibliyi və Mariupol başda olmaqla, mülki əhalinin təhlükəsiz bir şəkildə qurudan və dənizdən təxliyə edilməsinin əhəmiyyətini vurğulayıb.

Humanitar yardım məsələsində hər cür dəstəyi göstərməyə çalışan Türkiyənin bölgədə sülhün təmini üçün bundan əvvəl olduğu kimi, bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyi qeyd olunub.


  • 7-04-2022, 21:19