AZ   |   RU
Ərdoğanın köməkçisi Kiyev və Moskva arasındakı əsas fikir ayrılığından danışdı

“Rusiyanın Ukraynada mülki şəxslərə qarşı törətdiyi cinayətlər sülh danışıqlarına mane olur”.

Missiya.A
z xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İngiltərənin "Financial Times" qəzetinə verdiyi müsahibəsində deyib.

İbrahim Kalın bildirib ki, Buça və Borodyanka bölgələrində mülki vətəndaşları öldürməsi sülh danışıqlarına mənfi təsir edir.

"Mülki əhalinin öldürülməsi Ukraynanın danışıqları davam etdirmək istəyinə də təsir etdi. Hamımız bu insan haqlarının pozuntularını gördükdə təəssüf hissi keçirdik. Hazırki dövrdə dəqiq hər hansı bir irəliləyişin olcağını gözləmək çətindir. Düşünürəm ki, bir-iki həftə içində yenidən danışıqlarda hərəkətlilik görə bilərik ". 

Türkiyə rəsmisi bildirib ki, Ankara Kiyevi dəstəkləyir və Ukraynanın təhlükəsizliyinə qarant ola bilər. 

“Lakin bunu imzalamazdan əvvəl həll edilməli olan bir çox hərbi detallar var. Masadakı ən ciddi fikir ayrılığı Krım və Donbas bölgələrini ilə bağlıdır. Türkiyənin bu iki bölgənin statusunu tanımır. Moskva da Krım məsələsində geri addım atmır”.


İnam Həsənov
Missiya.Az

  • 7-04-2022, 18:16