AZ   |   RU
Türkiyə XİN başçısı ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 18-də Vaşinqtona səfər edəcək.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə nazir türkiyəli jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, səfər ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında baş tutacaq.

Nazirin keçirəcəyi görüşlər çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən Türkiyə ilə ABŞ arasında tərəfdaşlığa dair "Strateji Mexanizm" müzakirə olunacaq.


  • 7-04-2022, 18:07