Siyasi mənsubiyyətindən və kimliyindən asılı olmayaraq hansı xalqa aidsənsə o xalqa aid bütün atributlara hörmət və ehtiramla yanaşmaq məcburiyyətindir! Bu, vicdanı olan, özünə vətəndaş deyən hər bir kəsin mənəvi borcudur! Hərdən bəzi soğanbaş və keçisaqqal xəyanətkarlarla üzləşəndə, düşünürsən ki, nə yaxşı ki, bu xain dəstəsi ilə bir ölkədə yaşamaq əzabına düçar deyilsən. Çippolinoya oxşar bir personaj var – Tural Sadıqlı adı ilə sosial şəbəkələrdə “qəhrəmanlıq” edir. Əslində dedikləri, müzakirələri insan kimi onun və onabənzər xain sürüsünün mahiyyətini ortaya qoyur. Tərbiyəsiz soğanbaşlar.... Deni Didronun qəşəng bir kəlamı var. Deyir ki, tərbiyəsiz insan həyatda heç vaxt özünə yer tapa bilmir və məhv olmağa məhkumdur!
Dünən Azərbaycan prezidentinin ölkəmizin və xalqımızın taleyüklü bir məsələsinin məsuliyyətini daşıdığı o tarixi anlarda, soğanbaşlar dəstəsinin parlaq təmsilçiləri növbəti dəfə tərbiyəsizlik nümunələri sərgilədilər. Öz dövlətinin atributuna hörmətsizlik edən bu ünsürlərin məqsədi və məramının haradan qaynaqlandığı gün kimi aydın görünür. Azərbaycan Vətən Müharibəsindən ötən müddət ərzində döyüş meydanında dizə gətirdiyi düşməni bu dəfə diplomatik müstəvidə məğlub etməyə hazırlaşdığı bir məqamda bu cür tərbiyəsizlik, nəinki Azərbaycan Prezidentinə, bütövlükdə Azərbaycan Dövlətinə, Xalqına qarşı bağışlanmaz xəyanət idi.
Azərbaycanın qeyrətli oğullarının Vətənin müdafiəsinə qalxıb II Qarabağ savaşında qəhrəmanlıq salnaməsi yazdığı bir vaxtda bu soğanbaşların Avropada kef çəkdiklərini, Azərbaycan əleyhinə təbliğat apardıqlarını unutmamışıq. 4-5 fərarinin ölkəmiz, Vətənimiz, Ali Baş Komandanımızın əleyhinə dedikləri, 10 milyonluq Azərbaycan xalqına, dövlət başçısını dəstəkləyən, onun ətrafında sıx birləşən, şəhid ailələri, döyüşçülər, qəhrəmanlara ünvanlanan təhqirdir! Siz bu təhqirin arxasında dura bilməyəcəksiz, ay soğanbaşlar! Sizə dəstək verən, sizi ruhlandıran yalnız və yalnız erməni diasporu, ermənilərin mənafeyi üçün çalışan xarici dairələrdir. Belə olmasaydı, Avropada olduğunuz müddət ərzində azərbaycanlıların başına gətirilən oyunlara, soyqırımlara, yurd yuvasından didərgin düşənlərin 30 illik həsrətinə yanıb dünyaya səsinizi qaldırardız. Belə olmasaydı, illərdir, Qarabağda itkin düşən azərbaycanlıların haqq-hesabını elə Avropadakı ermənilərlə çəkib bir canlı bağlantını da buna həsr edərdiz. Hesabat vermək üçün söyüş söymək özünü satmağa bərabərdir. Hər neçəyə satılırsız, satılın, ama bir gün mənsub olduğunuz ölkənin qanunları qarşısında diz üstə duracağınız günü unutmayın! Etdiyiniz həyasızlıq eynilə, ermənilərin tərəflərin görüşü öncəsi İrəvanda keçirdikləri aksiyaya bənzəyir. Onlar həyasızcasına, “Paşinyan Artsaxı satdı!” – deyirdilər. Ən azından mövzuya aid bir şüar idi. Bəs siz nə istədiz.. ”İlham Əliyev, Qarabağı niyə qaytardız?” – birbaşa belə deməsəz də, inanın ki, hay-həşirinizin mahiyyətinin məhz bundan ibarət olduğunu hamı gözəl başa düşdü. Amma bu dəfə də ermənilərə uduzduz… Deyəsən bu mövzuda onlara heç vaxt qalib gələ bilməyəcəksiz. Ermənistanda müxaliflərin sayı hədsiz çoxdur. Siz isə cəmi 3-4 soğanbaş personajsız…
Lamiyə Rövşənqızı
Missiya.Az