AZ   |   RU
Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək
​​​​

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 8-i Moskvaya rəsmi səfərə yollanacaq.

Missiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, səfər zamanı Ararat Mirzoyan və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında danışıqların keçirilməsi planlaşdırılır.


  • 6-04-2022, 18:16