AZ   |   RU
“III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başladı

Autizm maarifləndirmə tədbirləri çərçivəsində aprelin 2-də Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı başlayıb.

Missiya.Az xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm sindromunun erkən aşkarlaması, müdaxiləsi üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. 

  • 2-04-2022, 21:06