AZ   |   RU
Minsk qrupunun kəfənini özünə bayraq tutan Ermənistanın növbəti bədbəxtliyi

Ermənistan rəhbərliyi olduqaca dar çərçivədə apardığı siyasətlə erməni xalqını saldılqarı rəzil durumun içərisində basdırdıqlarını anlamayacaq səviyyədə hələ də gicəllənirlər. 

Azərbayacana 28 işğalda qalan ərazilərinə beynəlxalq təşkilatların münasibəti konteksində əsasən ATƏT in Minsk qrupunun fiaskoya uğradığını dəfələrlə sübuta yetirdi. Elə bu qurumun təyin etdiyi həmsədrlərin səriştəsizliyi və fəaliyyətlərinin sıfır effekt verməsinin nəticəsiydi ki, Azərabaycan işğal tarixinin nidasını qoydu və beləliklə Minsk qrupu özünün funksiyasını yerinə yetirməmişdən saxlamağa məcbur edildi. 

Azərbaycanla Ermənistan arasında arasında bütün mənalarda tam yanaşma fərqi olduğunu göstərən amillərdən biri də odur ki, rəsmi İrəvan ölmüş Minsk qrupunun kəfənindən hələ də əl çəkmək istəmir, Azərbaycansa bu qurumun öldüyünü bütün dünyaya şəxsən özü elan edib, bu elandan sonra dünya ATƏT-in sözügedən təsisatının illər ərzində turizm şirkəti kimi fəaliyyət göstərdiyini bilib. 
 
Ermənistanın yapışdığı bu ölüm qurum hələ sağ olduğu illərdə çözülmə işinə problemlər yaradır, obyektiv mövqe tuta bilmir, prosesin beynəlxalq hüquqa uyğun  tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etmirdi. O turistlərə yenidən mandat vermək nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab verir. Bununla yanaşı regionda davamlı sülhün bərqərar edilməsi də ATƏT-in fəaliyyəti ilə tamam əks vəziyyət yaradıb. 

Artıq çoxdan sübut olunub, beynəlxalq təcrübədə dəfələrlə təsdiqləyib ki, münaqişə tərəfləri bir masa arxasında əyləşərək məsələləri həll edə bilərlər, kənar müdaxilələr həmişə əlavə poblem yaradır. 

Əlbəttə, Azərbaycan Ermənistanı sona qədər gözləmək fikrində deyil və bu barədə rəsmi şəkildə dəfələrlə bəyan olunub. İranla Azərbaycan arasında nəqliyyat dəhlizinin açılamsı ilə bağlı imzalanan sonuncu saziş də göstərdi ki, Azərbaycan üçün alternativ varinatlar var, Ermənistansa dünyaya Azərbaycan vasitəsilə açıla bilər. Ermənistan başa düşməlidir ki, sülh prosesinin əngəllənməsi kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərini normallaşdırmasına ciddi problem yaradır. 

BTC nin Ermənistan ərazisində keçəcəyi ehtimalı böyük idi. Qarşı tərəfin cığal və qərəzli davranışı onları böyük maliyyə və iqtisadi dividendlərdən kənarda saxladı. 

İndi də Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Hazırda Çindən Avropaya alternativ marşrutlar böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ermənistanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı.

Ceyhun Musaoğlu 

  • 2-04-2022, 19:28