AZ   |   RU
Xankəndi yenə qazsız qaldı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinə qazın verilməsi dayandırılıb.​​​​

Missiya.Az xəbər verir ki, bu barədə Qazprom Ermənistan” QSC məlumat yayıb. Buna səbəb kimi yol tikintisi ilə bağlı aparılan işlər göstərilir. 

Qeyd olunur ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar. Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların yerləşdiyi Qarabağ bölgəsi qazsız qalıb

  • 2-04-2022, 18:07