Rəsmi İrəvan regionun istəyinə qarşı çıxa biləcək nə gücə, nə də siyasətə malikdir. Yalnız özünə arxayın olmayanlar açıq mətnlərdə şübhəli məqamlar axtararlar. Azərbaycan işğalda olan ərazilərini azadlığa çıxarandan sonra, müharibəni dərhal dayandıraraq sülh danışıqlarına hazır olduğunu bəyan etdi, qısa bir zamanda bütün beynəlxlaq qanunların, sazişlərin, xüsusən iki ölkənin rəhbərliyinin iştrakı ilə yüksək səviyyəli görüşlərin nəticələrini əks etdirən baza prinsipləri əsasında Ermənistana 5 təklif irəli sürüb.
Təkliflərə ötəri gözlə nəzər salmaq belə, kifayət edir ki, onların nə qədər əhəmiyyətli olduğu və alternativi olmadığı aydın görünsün.
Həmin təklifləri bir daha xatırladaq: - Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və qarşılıqlı şəkildə tanınması;
- Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin deimitasiyası və demarkasiyası, diplimatik münasibətərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşlıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.Bu təkliflərin Azərbaycanla yanaşı Ermənistanın da tam xeyrinə olduğu açıq şəkildə görünür. Təkliflərin mahiyyətinə varanda bir daha məlum olur ki, Ermənistan təklifləri qəbul eməyi süni şəkildə uzatmaqla özünü ağır duruma salır. Başqa tərəfdən bu sənədin zərrə də çatşmazlğı yoxdur, belədə qarşı tərəfin etirazının hansı məqamdan qaynaqlandığını müəyyənləşdirmək mümkün də deyil.
Azərbaycanın sülh təklifinə qısa aydınlıq gətirək:
1.Konfiktdə olan iki ölkə bir-birinin suverenliyi ərazi bütövlüyünü beynəlxalq sərhədlərinin toxunulmazlığını əlbəttə ki, qarşılıqlı şəkildə tanınmalıdır.2.Ərazi iddiaları həmişə, hər yerdə qəbuledilməzdir. Azərbaycan bu dəmir prinsipə 100 fazi əməl edən ölkədir. Emənistansa dəfələrlə qonşu torpaqlarına iddilar irəli sürür. Ona görə də hüquqi öhdəliyin götürülməsi qaçılmazdır və bu tələbdə qeyri-təbii olan heç nə yoxdur. 3.Kiminsə kiminləsə hədə dilində danışması, güc göstərməsi, BMT-nin Nizamnaməsilə qadağandır. Bu bənddə də qeyri-adilik axtarmaq dəlilikdir. 4. Müharibə bitib, Azərbaycan öz dədə-baba yurdlarını işğaldan qurtarıb. Dövlət sərhədinin deimitasiyası və demarkasiyası, diplomatik münasibətərin qurulması növbəti mərhələnin ən vacib şərtidir. Bu şərtə əməl etməmək sadəcə mümkün deyil.Ola bilsin Ermənistan - nəqliyyat və kommunikasiyaların açılmasını istəmir. Yəni daim blokadada qalması onun ürəyncədir. Bu məqamda da özü bilər deyə bilməyəcəyik. Birincisi ona grə ki, Paşinyan 10 noyabr və digər görüşərin yekun rəsmi sənədində bu barədə öhdəlik götürüb, imza atıb. İmzasına hörmət qoyan siyasətçi belə abdallıq etməz. İkincisi nəqliyyat və kommunikasiyaların açılması nütün regionu ilgiləndirən məsələdir. Ermənistan regionun istəyinə qarşı çıxa biləcək nə gücə, nə də siyasətə malikdir.
Ceyhun Musaoğlu