AZ   |   RU
Qazaxıstandan Kremlə ağır zərbə: "Rusiyaya kömək etməyəcəyik"
"Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir, Krımın Rusiyaya daxil olmasını tanımır və Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya kömək etmək niyyətində deyil".

Missiya.Az
xəbər verir ki, bu sözləri   Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov "Euroactive" saytına  müsahibəsində deyib.

O bildirib ki, Qazaxıstan ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət olmayacaq.

Timur Suleymenov
Qazaxıstanın sanksiyalara əməl edəcəyini deyib. 

"Biz Rusiyaya sərmayə qoymağa və Rusiyaya investisiya cəlb etməyə davam edəcəyik. İqtisadiyyatımız başqa cür işləyə bilməz. Amma biz sanksiya altında olan şəxslər və ya təşkilatların sanksiyaya məruz qalan mallarına və hər hansı investisiyalarına nəzarət etmək üçün əlimizdən gələni edəcəyik”.

Missiya.Az

  • 1-04-2022, 22:16