AZ   |   RU
Nizami rayonunda şəhidlərin xatirəsinə daha bir abidə kompleksi inşa olunur - 220 saylı məktəbdə - Fotolar
 
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə təşəbbüsü ilə Nizami rayonu 220 saylı orta məktəbin məzunu olmuş şəhidlərimizin xatirəsini əbədiləşdirməkm üçün inşa edilən komplekslə tanışlıq olub. 

Missiya.Az xəbər verir ki, əsas tikinti və üzləmə işləri görülüb, son tamamlama işləri həyata keçirilməkdədir. Qısa zaman çərçivəsində xatirə kompleksinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupunun birgə dəstəyi ilə Nizami rayonunun bir neçə digər məktəbində də analoji layihələr həyata keçirilib.  

Eyni zamanda, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə onların yaşadığı ünvanlarda abidə kompleksləri yaradılıb.

Bu kimi layihələr Nizami rayonunda davamlı şəkildə həyata keçiriləcək.

 

  • 29-03-2022, 18:30