“Rusiya prezidenti Vladimir Putin və bir çox yüksək rütbəli şəxs təhlükəsizlik məqsədi ilə məxfi nüvə bunkerlərinə yaşayırlar. Kremlin yüksək rütbəli rəsmilərinin istifadə etdiyi təyyarələrin hərəkətindən aydın olur ki, Putin Qərbi Sibirdə Surqut yaxınlığında gizlənir”.
Missiya.Az xəbər verir ki, bu iddianı "The Sun" nəşri irəli sürüb.
Nəşrin iddiasına görə, Putinin yüksək mühafizə olunan bunkerdə yerləşməsi qərbdə böyük narahatlıq doğurur:
“Putinin bunkerdə gizlənməsi onu göstərir ki o, hər an nüvə silahından istifadə edə bilər”.
Təhqiqatçı jurnalist Chirsto Qrozev bildirib ki, bir neçə həftədir ictimaiyyət qarşısına çıxmaması ilə gündəmə gələn müdafiə naziri Sergey Şoyqu Moskvadan 725 mil şərqdə, Ural vilayətinin Ufa şəhərinin yaxınlığında bunkerdə gizlənir.
Qrozev əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov hərbi əməliyyatları bunkerdə gizlənərək idarə edir.
İnam HəsənovMissiya.Az