AZ   |   RU
Putin Abramoviçi qəsdən zəhərləyib? – Sui-qəsd cəhdinin təfərrüatı

Rusiyalı iş adamı, milyonçu Roman Abramoviçin Moskva-Kiyev danışıqları zamanı iki ukraynalı diplomatla birlikdə zəhərlənməsinin təfərrüatı məlum olub.

Missiya.Az xəbər verir ki, İngiltərənin "The Sun" nəşrinin iddiasına görə, zəhərlənmə faktının arxasında Rusiya prezidenti Vladimir Putin dayanır. 

“Rusiyanın zəhər istehsal edən arsenalının mərkəzində isə 100 ildən artıqdır ki, fəaliyyət göstərən sirli "Lab X"  laboratoriyası dayanır. Belarusda baş verdiyi güman edilən sui-qəsd cəhdində Rusiya xüsusi xidmət orqanlarının bütün əlamətləri mövcuddur”.

"The Sun" qəzetinin iddiasına görə, sui-qəsdin məqsədi öldürmək yox, əksinə Rusiyaya qarşı çıxanlara mesaj göndərməkdir.

Güman olunur ki, Putinlə yaxşı münasibəti olduğu üçün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan oliqarx Roman Abramoviç səhvən zəhərlənib.

İnam Həsənov
Missiya.Az


  • 29-03-2022, 17:13