Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkəndə çatıb.
Missiya.Az xəbər verir ki, Türkiyə dövlət başçısını özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılayıb.
Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və başqaları da səfərdədirlər.
Qeyd edək ki, R.T.Ərdoğanın özbəkistanlı həmkarı ilə görüşü planlaşdırılır. Onların ikitərəfli və regional məsələləri müzakirə edəcəyi bildirilib.