AZ   |   RU
Bakıda şadlıq sarayında yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 27-03-2022, 21:39