AZ   |   RU
Şimalı Makedoniyanın sabiq dövlət naziri: “Türk Ağsaqqalları Birliyi zamanın tələbindən yaranıb”

Şimali Makedoniyanın sabiq dövlət naziri Elvin Hasan Azərbaycanda fəaliyyət göstərən Türk Ağsaqqalları Birliyinin yaranması ilə bağlı fikirlərini bildirib. 

“Mən ilk öncə təşkilatın təsisçisi Ramin Əhmədovu və qurucularını ürək təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bu gün Türk dünyasında belə təşkilat və birliklərin yaranmasına böyük ehtiyac var. Təşkilatın elmi-akademik istiqamətdə də fəaliyyətlərini izləyəcəyik. Türk dünyasının sosial-mədəni və ictimai sferada fəallığını artıaracaq. Mən deyərdim ki, Türk Ağsaqqalları Birliyi zamanın tələbindən yaranıb. Buna sevinmək və dəstəkləmək laızmdır.”.

Elvin Hasan onu əlavə edib ki, Türk Ağsaqqalları Birliyi də bu prosesə töhfə vermək üçün uğurlu rol oynaya bilər. 

“Türk Ağsaqqalları Birliyi uğurlu layihələr həyata keçirəcək. Artıq birlik bir sıra tədbirləri təşkil edir. Qarşısında qoyduğu hədəflər çatmaq fəaliyyətlər göstərir”.

  • 27-03-2022, 14:31