“Qətər kimi təbii qaz və neft ixrac edən ölkələr dünyanın Rusiyaya enerji baxımından ehtiyacı olmadığını göstərməlidir”.Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Yeni Era üçün Transformasiya” mövzusunda keçirilən "Doha 2022" Forumunda videobağıantı formatında çıxışı zamanı deyib.
“Qətər hasilatı artırmalı, lazımi tələbatı ödəməli və Rusiyaya enerjinin silah olmadığını göstərməlidir. XXI əsrdə ədaləti bərpa etməyə çalışırıq, lakin 31 gündür ədaləti təmin edə bilməmişik. Rusiyanın Ukraynaya hücumu qarşısında müdafiəmiz davam edir. Xalqımızla birlikdə sülhü təmin etməyə çalışırıq”, - deyə Zelenski qeyd edib.
Ölkəsində 1 milyondan çox müsəlmanın yaşadığını, mülki şəxslərin tez-tez hədəfə alındığını bildirən Zelenski qeyd edib: “Qocalar, qadınlar və uşaqlar sığınacaqda yaşayır. Rusiya humanitar yardımların belə şəhərlərə çatdırılmasına icazə vermir. Rusiya yalnız kilsələri deyil, məscidləri də hədəf alır”