AZ   |   RU
XİN: "Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırırıq"

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.

Missiya.Az
xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.

  • 23-03-2022, 14:04