AZ   |   RU
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

Missiya.Az xəbər verir ki, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.

Əvəzində Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.


  • 20-03-2022, 23:25