AZ   |   RU
AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub
Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-nin və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini ilə onlayın görüşü keçirilib.

Görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatların qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.
S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.

L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


  • 18-03-2022, 19:03