Almaniyanın III Bundesliqasında çıxış edən "Ayntraxt" (Braunşveyq) klubunun yeni prezidenti bəlli olub.
Missiya.Az xəbər verir ki, Braunşveyq təmsilçisinə qadın funksioner Nikol Kumpis rəhbərlik edəcək.
O, 472 səslə digər namizəd Aksel Ditsingeri geridə qoyaraq, klub prezidenti seçilib.
Qeyd edək ki, Nikol Kumpis "Ayntraxt"ın 126 illik tarixində ilk qadın rəhbərdir. O, həmçinin son 30 ildə Almaniyanın peşəkar futbolunda bu vəzifəni tutan ilk qadındır. Daha əvvəl 1988-ci ildən 1992-ci ilədək "Münhen-1860" klubuna Lizelotto Knext rəhbərlik edib.