AZ   |   RU
Qazaxıstan Prezidenti: "Məqsədimiz Türk dünyasını vacib iqtisadi məkanlardan birinə çevirməkdir"

“Bildiyiniz kimi, ulu babalarımız böyük xoca Əhməd Yəsəvidən dini biliklər alıb türk-islam mədəniyyətini dünyaya yayıblar. Türk xalqı Kiçik Asiyaya üz tutanda bütün bu dəyərlər kökləri qorumaq və səylərimizi gücləndirmək üçün əsas olub”.

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.

“Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”, - o vurğulayıb.


  • 31-03-2021, 17:00