Martın 14-də Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncədə “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib.Missiya.Az xəbər verir ki, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Baş Prokurorun köməkçisi Saleh Hacıyev media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluğun sosial media platformalarında olan 110-dan çox müraciətin qeydə alınaraq aidiyyəti üzrə göndərildiyi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev informasiya təhlükəsizliyində konfidensiallığın təmin edilməsinin əhəmiyyətindən bəhs edib, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı Tamerlan Rəhimov sosial mediada informasiya təhlükəsizliyinin önəmindən söz açıb.
Daha sonra dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.