AZ   |   RU
Rusiya və Ukrayna arasındakı danışıqlarda texniki fasilə yaranıb


Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara martın 15-dək texniki fasilə verilib.

Missiya.Az 
xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

Podolyak fasiləni işçi qruplarındakı əlavə dəqiqləşdirici fəaliyyətlə izah edib. Qeyd edək ki, martın 14-də Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların dördüncü raundu başlayıb.

Müzakirə olunan məsələlər arasında sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları var.

  • 14-03-2022, 19:04