AZ   |   RU
Türkiyəli qonaqlar TAİB-in ofisində qonaq oldular - FOTOLAR
Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələri Azərbaycanda səfərdə olan Türkiyənin Qars şəhər bələdiyyəsinin sabiq başqanı, hazırda İzmirdə fəaliyyət göstərən “Çağdaş Azərbaycan” Dərnəyinin rəhbəri Murtaza Qaraçanta, təşkilatın təmsilçiləri Cemal Çağatay və Ali Yaşar Yıldırımla görüş keçiriblər.

Missiya.Az xəbər verir ki, qonaqlarla görüş TAİB-in ofisində baş tutub.

Görüşdə TAİB-in Təşkilat Komitəsinin üzvləri Sabir Tağıyev, Eyvaz Hünbətov, Akif Cabbarov, Tabdıq Əlibəyli, Bayram Məmmədov, İcra Aparatının təmsilçiləri Nicat Dağlar və Elnur Eltürk iştirak ediblər.

Toplantıda qonaqlara Türk Ağsaqqalları Birliyinin fəaliyyəti, həyata keçirilən lahihələr və qarşıda duran vəzifələrlə bağlı məlumat verilib.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın türk birliyinin möhkəmləndirilməsi istiqamətində atdıqları addımlardan danışıb və iki qardaş ölkənin bu yöndə fəaliyyətinin təqdirəlayiq olduğunu bildiriblər.

Qonaqlar TAİB-in fəaliyyətini diqqətlə izlədiklərini və yüksək qiymətləndirdiklərini, təşkilatın Türk Dünyasının inkişafına töhfə verəcəyinə əmin olduqlarını vurğulayıblar.

Türkiyəli qonaqlara TAİB-in Təşkilat Komitəsinin sədri Südeyif İmamverdiyevin və Təşkilatın təsisçisi Ramin Əhmədovun salamları çatdırılıb.
Qonaqlarla gələcəkdə təşkil olunması planlaşdırılan birgə layihələrlə bağlı fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, Türkiyənin Qars şəhər bələdiyyəsinin sabiq başqanı Murtaza Qaraçanta Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinə namizədlər sırasındadır. 
 
 
   
 
   
 


 



  • 14-03-2022, 16:14