"İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacaq".
Missiya.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"İsrail və Türkiyə əməkdaşlıq etməlidir, bu, bölgəmizə kəskin şəkildə təsir edəcək.
Məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün əsas yaratmaqdır”, - Hersoq əlavə edib.
Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə və İsrail prezidentlərinin görüşü olub.