AZ   |   RU
Mariupolda ölən dinc sakinlərin sayı açıqlandı

Müharibənin ilk günlərindən başlayaraq Mariupolda artıq mindən çox insan həlak olub.

Missiya.Az unian.net-ə isitnadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib.

“Rusiya Federasiyasının blokada soyqırımı zamanı ilkin olaraq 1300 Mariupol sakini artıq həlak olub. Biz hamı üçün mübarizə aparacağıq", - o deyib.

Andryuşşenko həmçinin bildirib ki, Rusiya qoşunları şəhəri atəşə tutmağı dayandırmayıb

  • 9-03-2022, 21:04