Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Missiya.Az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədriElnur Əliyev – iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləriŞahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.