AZ   |   RU
NATO-nun Ukraynaya görə fövqəladə iclası keçiriləcək

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı açıqlama yayıb.

Bildirilib ki, iclas martın 4-də NATO qərargahında baş tutacaq. İclasa Baş katib Yens Stoltenberq rəhbərlik edəcək.

  • 1-03-2022, 21:47