AZ   |   RU
TAİB nümayəndələri Kıbrıs Şəhidliyini ziyarət ediblər - Fotolar

Şimali Kipr Türk Cumhuriyyətində Xocalı Soyqırımının 30-ci ildönümü ilə bağlı konfrans keçiriləcək. Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin, Türk Ağsaqqalları Birliyi- TAİB-in və Diaspora Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda iştirak etmək üçün TAİB-in nümayəndə heyəti Girnə şəhərində səfərdədir.

Nümayəndə heyətinə Türk Ağsaqqalları Birliyi - TAİB-in Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev rəhbərlik edir.

Heyətə millət vəkilləri Anar İskəndərov, Elşad Mirbəşiroğlu, Ramil Həsən və TAİB-in icra aparatının təmsilçiləri daxildir. 

TAİB-in nümayəndələri bu gün konfransdan əvvəl Girnə şəhərində yerləşən Karaoğlanoğlu Kıbrıs Şəhidliyini ziyarət ediblər. Onlara Şimali Kiprin müstəqillik yolu və tarixi barədə məlumat verilib, şəhidlərin ruhuna dualar oxunub. 

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan konfrans Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Tədbir Girnə-Amerikan Universitetinin konfrans zalında keçiriləcək.






  • 26-02-2022, 18:56