Kiyevdə elektrik stansiyasının ətrafında beş partlayış səsi eşidilib.Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev meri Vitali Kliçko xalqı sığınacaqlara üz tutmağa çağırıb.
Mer qeyd edib ki, şəhərin şimalındakı elektrik stansiyası yaxınlığında 3-5 dəqiqəlik beş partlayış səsi eşidilib:
"Detalları öyrənirik. Hazırkı vəziyyət Kiyev üçün təhlükə yaradır. Səhərə yaxın çox çətin olacaq”.
Vitali Kliçko əlavə edib ki, şəhərdəki körpülər mühafizə və xüsusi nəzarət altındadır.