“Ukrayna ətrafında baş verən hadisələri yaxından izləyirik”.Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ukraynada baş verənlər narahatlıq doğuran proseslərdir:
“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq məsələnin siyasi-diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da ilkin addım kimi atəşkəsə nail olunması vacib təməl məqamlardan biridir.
Azərbaycan beynəlxalq münasibətlərdəki fəaliyyətində beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur və bunların sırasında da xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsini qeyd etmək istərdim”.