AZ   |   RU
Fətullah Gülənin yaxın adamı öldü
İzmirdə tutulan və FETÖ içində “qədim qardaş” kimi tanınan Yusuf Bekmezci müalicə aldığı xəstəxanada 82 yaşında vəfat edib.

Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu bildirilən Bekmezci yanvarın 5-də saxlanıldığı həbsxanadan göz əməliyyatı üçün İzmir Katib Çələbi Xəstəxanasına aparılıb.

Əməliyyat əsnasında onun ürəyi dayanıb. Onu həyata qaytarmaq mümkün olub və reanimasiyada müalicəsi davam etdirilib.

İzmir Dövlət Baş Prokurorluğunun istintaqı çərçivəsində saxlanılan Yusuf Bekmezci 2020-ci ilin yanvarın 23-də çıxarıldığı məhkəmədə “silahlı terror təşkilatı idarəçiliyi” ittihamı ilə 17 il 4 ay həbs cəzası alıb.

“Qafqazinfo”


  • 20-02-2022, 12:31