AZ   |   RU
Bitkoinin qiyməti 40 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti son 24 saat ərzində 5% azalaraq, fevralın 4-dən bəri ilk dəfə 40 min ABŞ dollarından aşağı düşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə hərracın məlumatında deyilir.

Ticarət həcminə görə, ən böyük kriptovalyuta birjası olan "Binance"də bitkoin 5,5% azalaraq 39,77 min ABŞ dolları olub.

"CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti 5,6% aşağı düşərək 39,8 min ABŞ dolları təşkil edib.

Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır.

  • 18-02-2022, 22:29