Rusiya-Ukrayna gərginliyi fonunda prezident Vladimir Putin dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Gərginliyin yüksək olduğu bir vaxtda Böyük Britaniyanın “The Sun” qəzeti Rusiya lideri Vladimir Putinin karikaturasını hazırlayıb.
Missiya.Az xəbər verir ki, “Vladimir Putinin paranoid ağlının daxili tərəfi” başlıqlı xəbərdə Putinin psixi dünyasına nəzər salınıb.
Putin karikaturada “Kinli”, “Təcavüzkar” və “Şizofren” kimi təsvir olunub. Qəzet yazır ki, Putinin şüurunda “ABŞ prezidentlərinə qarşı aqressiya”, “NATO qorxusu”, “Qərbin inkişafına paxıllıq”, “təkəbbür”, “Sovet İttifaqına həsrət” kimi fikirlərlərlə yaşayır.
Qeyd edək ki, Qərb mediası Rusiyanın Ukraynaya 16 fevral tarixində hücum edəcəyi ilə bağlı iddialar yayır. Rusiya rəsmiləri isə müharibə iddialarını yalanlayır. Putin son açıqlamasında “Avropa ilə müharibə istəmirik” ifadəsini işlədib.
SevincHüseynova
Mİssiya .Az