ABŞ prezidenti Co Bayden Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Rusiyaya xəbərdarlıq edib.
Missiya.Az xəbər verir ki, Bayden jurnalistlərə açıqlamasında ABŞ-ın diplomatik danışıqların tərəfdarı olduğunu deyib.
“Digər tərəfdən, Avropadakı tərəfdaşlarımızla birgə barış və sabitlik üçün Rusiya ilə diplomatik danışıqlara aparmağa hazırıq. ABŞ hər zaman diplomatiyanın tərəfindədir”. Bayden Rusiyanın Ukrayna və Belarus sərhəddindəki əsgərlərinin sayının 150 mindən çox olduğunu bildirib. “Düzdür, Rusiya Müdafiə Nazirliyinin bəzi hərbi bölmələri Ukrayna sərhədini tərk etməsi barədə xəbərlər yayılır. Bu yaxşı xəbərdir. Amma Rusiya hərbi birləşmələrinin öz bazalarına qayıtdığını hələ təsdiq etməmişik”.
Bayden bildirib ki, ABŞ bütün ssenarilərə hazırdır. "Rusiya Ukrayna hücum edərsə, ABŞ sərt reaksiya verəcək. Rusiya Ukraynanın işğal edərsə, Moskvaya qarşı görünməmiş sanksiyalar tətbiq ediləcək. Rusiyanın “Şimal axını 2” layihəsi ilə qaz nəqlinin həyata keçirilməsinə imkan verilməyəcək”.Sevinc HüseynovaMissiya.Az