AZ   |   RU
BMT Rusiya və Ukraynanın XİN başçıları ilə danışıqlar aparıb

BMT baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda onlayn danışıqlar aparıb.

Missiya.Az
xəbər verir ki, bu barədə beynəlxalq təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

"BMT-nin baş katibi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə videogörüş keçirib. Baş katib Ukrayna xarici işlər naziri ilə də çox qısa danışıb", - Düjarrik deyib. 

Onun sözlərinə görə, Quterreş bu gün həmçinin Ukrayna ilə bağlı açıqlama verəcək.

  • 14-02-2022, 21:26