AZ   |   RU
Ukrayna Donbasın xüsusi statusu ilə bağlı qanun layihələri təqdim edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasın xüsusi statusu ilə bağlı qanun layihələri təqdim edəcəyinə söz verib.

Missiya.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Kiyevdə Ukrayna lideri ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Danışıqlarımızda Ukrayna Prezidenti məni bir daha əmin etdi ki, xüsusi status, konstitusiya islahatları, seçki hüququ haqqında qanun layihələri Minsk formatında müzakirəyə çıxarılacaq", - Şolts deyib.

  • 14-02-2022, 20:54