Türkiyə və Azərbaycanın mina təmizləyənləri yanvar ayında 5 236 m², ümumilikdə isə 132 km² ərazini mina və əldəqayırma partlayıcılardan təmizləyib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə 1 630 azərbaycanlıya təlim keçirilib.
“İki dövlət – bir millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, - nazirliyin məlumatında qeyd olunub.