Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.
Missiya.Az TASS'a istinadən xəbər verir ki, siyasətçi Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Jirinovskinin səhhətindəki problemin nədən ibarət olduğu açıqlanmayıb.
“TASS”ın siyasi dairələrdəki mənbələrinə istinadən verdiyi məlumata görə, Jirinovski artıq bir neçə gündür ki, Mərkəzi Klinik Xəstəxanadadır. 75 yaşlı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Jirinovskinin xəstəxanaya yerləşdirilməsinə səbəb onun koronavirusa yoluxması olub. Onda ikitərəfli pnevmaniya aşkar olunub. Məlumata görə, rus siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib.
Deputatın durumu ilə bağlı başqa təfərrüat verilməyib.