Xəbər verdiyimiz kimi, Bakıda küçələrdə salfetin içində narkotik satılması ilə bağlı iddia yayılmışdı.Missiya.Az xəbər verir ki, DİN iddialarla bağlı açıqlama yayıb.
Bununla bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev bildirib ki, sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb:
“Polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub. O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.
Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.
İddialarla bağlı araşdırmalar davam etdirilir”.